Lənkəranda Sitrus ağqanadlısına qarşı mübarizə tədbirlərinə başlanılıb

Hit: 302
Lənkəranda Sitrus ağqanadlısına qarşı mübarizə tədbirlərinə başlanılıb
Aqrar Xidmətlər Agentliyinin Lənkəran rayon  Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonunda sitrus bağlarına baxış keçirilib, zərərverici və xəstəliklərlə sirayətlənmə ilə bağlı müşahidələr aparılıb, zərərverici və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması ilə bağlı fermerlərə  məsləhət və tövsiyələr verilib.
 
Həmcinin, rayonun Separədi ərazi nümayəndəliyinin Tükəvilə kəndində yerləşən 35 hektar sahədə  fitosanitar müşahidələr aparılıb. Nəticədə  28.57 hektar sitrus bağında Sitrus ağqanadlı ilə sirayətlənmə müşahidə olunub. Qeyd olunan ərazidə mütəxəssislər tərəfindən dövlət büdcəsi hesabına hektara 0.700 qram olmaqla  “Abachlor SC” preteparatı ilə kimyəvi mübarizə  tədbirləri aparılıb. Bölgədə müşahidə və mübarizə tədbirləri davam etdirilir.                 
 
Qeyd edək ki, zə­­rər­­ve­­ri­­ci­­nin III-IV-yaş sür­­fə­­ləri hə­­mi­­şə­­ya­­şıl bit­­ki­­lə­­rin yar­­paq­­la­­rın­­da qışlayır.  Sür­­fə­­lər yaz­­da in­­ki­­şa­­fını başa çat­­dı­­rır, yet­­kin hala ke­­çir və ca­­van yar­­paq­­la­­rın alt sət­­hinə tək-tək və qrup ha­­lın­­da 60-170 ədəd yu­­mur­­ta qoyur. Təx­­mi­­nən 6-7 gün­­dən son­­ra yu­­mur­­ta­­lar­­dan sür­­fə­­lər çıxır. On­­lar üç dəfə qa­­bıq də­­yi­­şir və nim­­fa­­lara çev­­ri­­lir. Mü­­hit amillərin­­dən asılı ola­­raq sür­­fə­­lə­­rin in­­ki­­şafı 25-30, nim­­fa­­la­­rın in­­ki­­şafı isə 15 günə başa çatır. Gür­­cüs­­tan və Azər­­bay­­can şərai­­tin­­də zə­­rər­­ve­­rici ildə 3-4 nə­­sil verir. Ona görə yay möv­­sü­­mün­­də, eyni za­­man­­da sit­­rus ağ­­qa­­nad­­lı­­sı­­nın yu­­mur­­ta, sürfə, nim­­fa və yet­­kin fərdlərinə rast gə­­li­­nir. Sit­­rus ağ­­qa­­nad­­lısı çox ge­­niş ya­­yıl­­maq­­la bə­­ra­­bər müx­­tə­­lif bit­­ki­­lər he­­sa­­bına qi­­da­­la­­nır və on­­lara xey­­li zi­­yan vurur. Bu bit­­ki­­lər sı­­ra­­sına limon, na­­rin­­gi, por­­ta­­ğal, çay, lu­­qust­­rum (bir göz), dəfnə, xurma, ya­­sə­­mən, qreyp­­frut və di­­gər­­ləri daxildir. Zərərvericinin sür­­fə­­ləri yar­­paq­­la­­rın şi­­rə­­sini sor­­maq­­la on­­la­­rın sa­­ral­­ma­­sına və qıvrılmasına sə­­bəb olur, di­­gər tə­­rəf­­dən zə­­rər­­ve­­ri­­ci­­nin şə­­kər­­li if­­ra­­zatı üzə­­rin­də sap­­rotrof gö­­bə­­lək­­lər düşərək bit­­ki­­lər­­də ge­­dən fotosintez pro­­ses­ri­­nin po­­zul­­ma­­sına sə­­bəb olur. Aparı­­lan mü­­şa­­hi­­də­­lər gös­­tə­­rir  ki, ət­­raf mü­­hi­­tin qısa müd­­dət­­li so­­yu­­ması (-20 C)  zərər­­ve­­ri­­ci­­nin in­­ki­­şa­­fına mən­­fi tə­­sir gös­­tər­­mir. Zə­­rər­­ve­­rici əkin ma­­teria­­lı və kü­­lək va­­si­­tə­­silə passiv, bir ağa­cdan di­­gə­­rinə uç­­maq­­la aktiv ya­­yı­­lır.     
 
Sitrus bağlarında Sitrus ağqanadlısı aşkar edildiyi hallarda AXA-nın bitki mühafizəsi mərkəzlərinə məlumat verilməsi tövsiyə olunur.







Redaktorun seçimi