Ziya Bünyadov prospektində hərəkət 2 günlük məhdudlaşdırılır - XƏRİTƏ

Hit: 420
Ziya Bünyadov prospektində hərəkət 2 günlük məhdudlaşdırılır - XƏRİTƏ
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 04 və 05 iyun tarixlərində Ziya Bünyadov prospektinin “3-cü mikrorayon” dairəsi üzərindən küçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
 
Alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.
 
Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.








Redaktorun seçimi