"Bu etimad, həm də çox böyük məsuliyyət idi"

Hit: 530
"Bu etimad, həm də çox böyük məsuliyyət idi"
Tanınmış jurnalist Elnur Niftəliyev Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmasından 2 il ötür.
 
Faktor.az xəbər verir ki, bu barədə E.Niftəliyev özü sosial şəbəkədə məlumat verib.
 
"2018-ci ilin məhz bu günü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olundum.
 
Bu etimad, həm də çox böyük məsuliyyət idi. Çox sayda açılışlar, yeni layihələr, səmərəliliyi ilə fərqlənən yerli və beynəlxalq tədbirlər, artan və ASANlaşan xidmətlər, genişlənən coğrafiya...
 
ASAN-ın iş prinsiplərinin əsasında Prezident İlham Əliyevin dövlət qurumları qarşısında qoyduğu başlıca tələblər dayanır. Bu şərəfli işin bir parçası, mehriban ASAN ailəsinin üzvü olmağımdan qürur duyuram.
 
ASAN həm də komanda işinin gözəl nümunəsidir. Bu işdə bizə və komandamıza dəstək olan, yanımızda olan hər kəsə TƏŞƏKKÜR!!!", deyə E.Niftəliyev qeyd edib.







Redaktorun seçimi