"Polis vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur"

Hit: 2447
"Polis vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur"
Azərbaycan polisi Azərbaycan xalqının və dövlətinin keşiyindədir!
 
Polisin vəzifəsi, borcu həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır. Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti - şikayət, ərizə və təklif diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir.
 
2 iyul Azərbaycanda Polis əməkdaşlarının günüdür.
 
Vəzifəsini canla başla yerinə yetirən polis əməkdaşlarımıza başda DİN Vilayət Süleyman oğlu Eyvazov olmaqla işlərində müvəffəqiyyətlər və Allahdan can sağlığı diləyirəm.

Hörmətlə,
Faktor.az xəbər portalının
Baş Redaktoru Aslan Abbaszadə
 








Redaktorun seçimi