Yazlıq əkin bəyanlarının qəbulu başa çatıb

Hit: 283
Yazlıq əkin bəyanlarının qəbulu başa çatıb
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) fermerlərdən yazlıq əkin bəyanlarının qəbulu sona çatıb.
 
İndiyədək Aqrar Kredit və İnkişaf Agentliyi 45 min fermerin yazlıq əkin bəyanını təsdiqləyib və onlardan 35 min nəfərinə subsidiya ödənişi edib.
 
Ümumilikdə yazlıq əkinlər üzrə təsərrüfat sayına görə 59.4 min əkin bəyanı təsdiqlənib. 111 min hektarda yaz əkinləri aparıldığı barədə bəyan qəbul edilib.
 
Qeyd edək ki, 2020-ci ildən qüvvəyə minmiş yeni subsidiya mexanizminə görə, fermerlər əkin sahələri, əkdikləri bitkilər barədə məlumatları EKTİS-ə daxil etməklə, əkin bəyanı göndərir və subsidiya üçün dövlətə müraciət edirlər. İndiyədək EKTİS-də kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən 505 245 min fermer qeydiyyatdan keçib. Bu fermerlərdən 409 975 nəfərinin birillik və çoxillik əkin bəyanı təsdiqlənib. 2020-ci ildə əkinçiliyə görə fermerlərə 213.8 milyon manat subsidiya ödənilib.
 
Subsidiyaların ödənişi davam edir.







Redaktorun seçimi