AzTU-da ilk dəfə onlayn “Məzun günü” keçirilib - FOTOLAR

Hit: 726
AzTU-da ilk dəfə onlayn “Məzun günü” keçirilib - FOTOLAR

 

Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə onlayn “Məzun günü” keçirilib.
 
Faktor.az xəbər verir ki, "Məzun günü" universitetin ayrı-ayrı fakültələrinin tələbələrinin iştirakı ilə ZOOM proqramı üzərindən təşkil edilib. Əvvəlcə rektor Vilayət Vəliyevin videotəbriki nümayiş olunub. Dekanlar və professor-müəllim heyəti tələbələrə təbiklərini və arzularını çatdırıb.
 
Görüşdə tələbələrin “Məzun günü” münasibətilə hazırladıqları video da təqdim olunub.
 
Bildirilib ki, universitetin 19 əlaçı və fəal məzunu fəxri fərmanla təltif edilib.
 
Qeyd edək ki, bu il AzTU-nu 1643 tələbə bakalavr, 311 tələbə isə magistr dərəcəsi alaraq bitirir.

1
1
1
1







Redaktorun seçimi