Gözətçi gəminin ekipajı döyüş atışlı məşqlər keçirib - VİDEO

Hit: 1075
Gözətçi gəminin ekipajı döyüş atışlı məşqlər keçirib - VİDEO
2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədi ilə döyüş atışlı məşqləri keçirilib.
Həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb.
Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən gəmi heyəti dəqiq atışlarla hədəfləri məhv edib.








Redaktorun seçimi