Qatıq çalmaq üçün - YENİ MƏHSUL - VİDEO

Hit: 2471
Qatıq çalmaq üçün - YENİ MƏHSUL - VİDEO

QATIQLIQ qatıq çalmaq üçün nəzərdə tutulan tamamilə yeni bir məhsuldur.

Bu səbəbdən adı da yenidir - QATIQLIQ. 

Onu köhnə yun paltardan, ədyaldan, şaldan hazırlamaq olar.
Mətbəxinizin əvəzedilməz əşyasına çevriləcək 45 dəqiqəyə hazırlanan qatılqlığın üstünlükləri bunlardır:
 
1.  QATIQLIQ CAN RAHATLIĞIDIR...
Qatığı çaldıqdan sonra onu basdırmaq üçün hər dəfə yun parça və ya ədyal axtarmayacaqsınız. Yun parçadan və ədyaldan fərqli olaraq, qatıq hazır olandan sonra QATILQLIĞI haradasa gizlətməyə tələsməyəcəksiniz. Çünki...
 
2. QATIQLIQ AKSESSUARDIR...
Ona istədiyiniz kimi dizayn verə bilərsiniz. O, sizin fantaziyanızdan bəhrələnir.
 
3. QATIQLIQ GÜVƏNLİDİR...
Qatıqlıqda banka və ya balon kip yerləşdirildiyi üçün qatıq 100 faiz gəlir. Qatığı qatıqlıqda basdırdıqdan sonra onu isti bir yerə qoymağa ehtiyac yoxdur. Hətta ən xəfif temperaturda belə südə maya vurmaqla bal kimi qatıq çala bilərsiniz.
 
4. QATIQLIQ TƏKRARSIZ HƏDİYYƏDİR...
Geymədiyiniz yun köynəklərdən öz əllərinizlə hazırladığınız QATIQLIQ köhnə əşyalara yeni həyat verir. Mağazaya getmədən, artıq təmas etmədən COVİD -19 zamanı vaxtını  mətbəxdə  keçirən sevdiklərinizi sevindirmək və onların zəhmətlərini azaltmaq üçün təkrarsız hədiyyədir!
 
5. EVDƏ QAL, QATIQ ÇAL. HƏM SAĞ, HƏM DƏ SAĞLAM QAL!

Aynur Bəşirli








Redaktorun seçimi