Azərbaycanda daha 547 nəfərdə COVID-19 aşkarlanıb

Hit: 2678
Azərbaycanda daha 547 nəfərdə COVID-19 aşkarlanıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb.
 
Faktor.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Vəfat edənlərin ümumi sayə 180-ə çatıb. TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu gün 7274 test aparılıb.








Redaktorun seçimi