Deputatlar: - Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar…

Hit: 582
Deputatlar: - Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar…

Azərbaycan Milli Məclisinin deputatları da son bir ildə bu iki qurumun xüsusi peşəkarlıq göstərdiyini vurğulayıblar.
Faktor.az-ın məlumatına görə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Pravda.az-a açıqlamasında deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Daxili İşlər naziri vəzifələrinə təyinatlar çox mühüm əhəmiyyət kəsb edir: “İşinin peşəkarı olan kadrların mühüm vəzifələrə təyin olunması Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatının əsas hissəsidir. General-leytenant Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Vilayət Eyvazovun isə Daxili İşlər naziri təyin edilməsi müsbət qiymətləndirilməlidir. Çünki bu şəxslər mətbəxi içəridən bilirlər, əməliyyat müvəkkilindən tutmuş qurumun rəhbərliyinə qədər bütün strukturları keçiblər. Ona görə də son zamanlar müsbət nəticələrin əldə olunduğunun şahidi oluruq. Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət və dövlətçiliyə olan təhdidlərin qarşısının alınması istiqmətində həyata keçirdiyi əməliyyatları xüsusi qeyd etmək lazımdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Prokurorluqla birgə keçirdiyi əməliyyatlarla korrupsiya və rüşvətxorluqla məşğul olan, həssas təbəqənin haqqına girən şəxslər üzə çıxarılır, onlara cinayət işi açılması istiqamətində mühüm addımlar atılır. Bu, əhali tərəfindən də dəstəklənir”.
A.Nağıyev qeyd edib ki, Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatlarda da müsbət nəticələr əldə edilib: “Koronavirus pandemiyası dövründə polis əməkdaşlarının xüsusi peşəkarlıq nümayiş etdirməsi diqqətçəkən məsələlərdəndir. Onlar mühüm prosesi həyata keçirdilər. Hər iki təyinat çox mühüm və təqdirəlayiq idi. Son 1 ildə bunun müsbət nəticələrini görmüşük. Çətin və şərəfli işdə onlara uğurlar arzulayırıq. Görüləcək işlər çoxdur, əminəm ki, həllinə nail olacaqlar”…









Redaktorun seçimi