Füzuli Dövlət Dram Teatrına ağır itki üz verib

Hit: 756
Füzuli Dövlət Dram Teatrına ağır itki üz verib
Füzuli Dövlət Dram Teatrına ağır itki üz verib.
 
Faktor.az xəbər verir ki, teatrın qocaman aktyoru, səhnə ustası, üç dəfə ardıcıl prezident mükafatçısı, Fəxri Mədəniyyət işçisi Rəhimova Vaqif Çərkəz oğlu 04 iyun 2020-ci il tarixində haqq dünyasına qovuşub. Rəhimov Vaqif Çərkəz oğlu 07 iyul 1944-cü ildə Füzuli rayonunda anadan olub.1990-cı ildən teatrda işləyir. İşlədiyi müddətdə V. Şuksin " Diribaş adamlar”da Yekə qarın, R. Səməndər " Gəlməyin, görməyin, gülməyin”də Əli, A.Səfərli " Fantan ərə gedir” də Ləngizadə, S.S.Axundov " Eşq və intiqam” da Şahbaz bəy, C. Məmmədov " Sevməyə vətən yaxşı” da Şərxan, S. Rəhman " Toy” da Dəmirçi Musa, N.Gəncəli " Niyə dirilmisən”də Əli Sarıyeviç, L.Rəşidzadə " Toya bir gün qalmış” da Qulam, C.Məmmədov " Günəş zindanda” Aslan bəy, H.Əsgərxanov "Pristav Həsənalı bəy” də Pristav, M.F.Axundov "Hacı Qara” da Hacı Qara, Q.Rəsulov " Məhəbbət oyunu”nda Daşdəmirov, S.Dağlı "Oyun bitdi”də Murğuzov, S.S.Axundov "Tamahkar”da Hacı Murad, "Şahsənəm və Gülpəri”də Qafar, S.S.Axundov " Bəndalı bəndə düşüb”də Həsən, İ.Məlikzadə " Subaylarınızdan görəsiniz”də Əlipaşa, A.Səfərli " Qarabağım qan ağlar” da Murad, M.S.Ordubadi " 5 manatlıq gəlin”də Kəblə Hüseynəli, Y.Əzimzadə "Nəsrəddin”də Qazı, H.Mirələmov " Vicdanın hökmü”ndə Aslan həkim, Ş.Tofiqqızı "Taleyin bir üzü” Teyyub müəllim və s.tamaşalarda müxtəlif obrazlar yaratmışdır.
 
Teatrda səhnə ustası olmaqla bərabər həm də quruluşçu rejissor kimi fəaliyyət göstərib. O, Q.Rəsulov "Məhəbbət oyunu”, S.Dağlı "Oyun bitdi”, Ə.Əmirlinin "Onun iki qabırğası”, Y.Əzimzadə "Nəsrəddin”, Ə.Haqverdiyev "Dağılan tifaq”, S.Rüstəm " Gəldi-gedər” və s. tamaşalara da quruluş vermişdi.
Yaxın zamanlarda teatrda təntənəli bir şəkildə 75 illik yubileyi keçirilən sənətkarın ölümü hər kəsi sarsıtdı. Yaş həddi ilə əlaqədar işdən ayrılmasına baxmayaraq teatr tez-tez baş çəkib və aktyorlarla görüşür, təcrübələrini onlarla bölüşürdü. Gözəl ürəyə sahib bu insanın ən böyük sevgisi teatr idi. İstər teatr fəaliyyətində, istərsə də şəxsi münasibətdə hər bir əməkdaşının, yoldaşlarının sevgisin qazanan, sənəti ilə hər kəsə özünü sevdirən sənətkarın yeri hər zaman görünəcək. Teatr kollektivi olaraq, mərhumun ailəsinə yaxınlarına, əməkdaşlarına dərin hüzünlə baş sağlığı verir Allahdan səbr diləyirik.
 
Allah rəhmət eləsin!








Redaktorun seçimi