Səyyad Aranın yeni kitabı nəşr olunub

Hit: 730
Səyyad Aranın yeni kitabı nəşr olunub
İctimai xadim Səyyad Aranın yeni kitabı nəşr olunub.
 
Faktor.az xəbər verir ki, "Başdaşı” adlı kitab "Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.
 
Səyyad Aran çağdaş Azərbaycan nəşrində müharibə mövzusuna ən çox yer verən müəlliflərdən biridir. "Başdaşı” əsərində Qarabağ müharibəsinin Azərbaycan xalqının başına gətirdiyi faciələr , ön cəbhə, arxa cəbhə, əsir düşmüş torpaqlarımızın , insanlarımızın taleyi, bütün bunların cəmiyyətin həyatına təsiri, vurduğu yaralar və digər məsələlər geniş və hərtərəfli əksini tapıb.








Redaktorun seçimi