Yuxuya inanmaq olarmı?

Hit: 2417
Yuxuya inanmaq olarmı?
Yuxu istər adi insanlar, istərsə də alimlərin daim diqqət mərkəzində olan məsələlərdəndir. Axı yuxuda gördüyümüz çirkin və gözəl, qorxulu və ürəkaçan səhnələr nədir? Bunlar keçmişəmi aiddir, yoxsa gələcəyə?
 
Müxtəlif ayə və hədislərdən məlum olur ki, yuxuların əksəriyyəti gələcəyə aid olub, qaranlıq məsələlərin üstündən pərdəni qaldırır« .Yusuf» surəsinin 36- cı ayəsində oxuyuruq (İki gənc, Yusuf peyğəmbərə(ə) dedi) : Gəl bu yuxunu bizə yoz». Yusuf(ə) belə cavab verdi: Yeyəcəyiniz təam gəlməmişdən əvvəl, mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir». Ayədən göründüyü kimi həqiqi, əsaslı və yozulası yuxular vardır. Həzrət Peyğəmbər ( s) buyurur« : Yuxu üç qismdir: bir qismi Allah tərəfindən verilən müjdə, bir qismi şeytandan gələn qəm-qüssə, digər bir qismi isə, insanın bir iş barədə çox fikirləşməsinin nəticəsidir[«Biharul-ənvar», 14-cü cild, səh. 411.
 
İslam dinində təbiri caiz bilinən yuxu, yalnız ilahi yuxulardır. O biri yuxuların təbiri batildir və həmin yuxulara inanmaq olmaz.
 
Bəs Yuxuya əməl etmək olarmı?
 
Qeyd olunduğu kimi yuxu üç qismdir: yozumu olan ilahi, doğru yuxular; insanı doğru yoldan azdıran şeytani yuxular; bir iş haqqında çox düşünməkdən yaranmış əsassız yorğunluq yuxuları.
İbrahim Peyğəmbər (ə) oğlu İsmayılı(ə) gördüyü yuxuya əsasən qurban kəsmək qərarına gəlmişdi. Maraqlıdır, insan yuxuya əsasən belə bir ciddi qərar qəbul edə bilərmi?
Peyğəmbərlər bir sıra məsələlərdə, eləcə də yuxu məsələsində adi insanlardan fərqlənirlər. Onlar yalnız ilahi yuxular görür, bəzən isə vəhyi yuxu vasitəsi ilə qəbul edirlər. Bəzi rəvayətlərdə ibrahimin(ə) uyğun yuxunu üç gecə ardıcıl gördüyü nəql olunur.
 
Başqa bir rəvayətdə nəql olunur ki, şeytan Ibrahimi(ə), «gördüyün yuxu şeytani yuxudur» deyə vəsvəsə edirdi. Amma İbrahim(ə) əmin idi ki, peyğəmbərlər şeytani yuxu görmürlər.
Demək, adi insanların gördüyü yuxuya əsasən əməl etməsi, məntiqi deyildir və yuxuda verilən göstərişə mütləq əməl olunması xürafatdır.

İlahiyyatçı alim
Gündüz Cəfərov








Redaktorun seçimi