Azərbaycan - Ukrayna elmi-praktik konfransı keçirilib

Hit: 829
Azərbaycan - Ukrayna elmi-praktik konfransı keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Yuri Kondratyuk adına Poltava Politexnik Universitetinin birgə onlayn keçirdiyi “Building innavations – 2020 ” adlı 3-cü konfransı iki gündür davam edir. Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Hindistandan 300 iştirakçının qoşulduğu konfransda 157 məruzə dinlənilib.
 
İyunun 1-də başlayan konfransda hər iki universitetin rektoru, professorlar Gülçöhrə Məmmədova və Vladimir Onişenko təbrik nitqi ilə açılış edib, iştirakçılara və konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasda AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov və Poltava Politexnik Universitetinin professoru Yuri Vinnikovun məruzələri dinlənilib. Qarşılıqlı disskusiya şəraitində davam edən konfrans artıq yekunlaşıb.








Redaktorun seçimi