Xərçəng həftəsi çərçivəsində silsilə tədbirlər təşkil olunub

Hit: 1148
Xərçəng həftəsi çərçivəsində silsilə tədbirlər təşkil olunub
Hər il mayın 25-dən 31-dək Avropa Xərçənglə Mübarizə Həftəsi keçirilir.
 
Məhz bu səbəbdən GIZ-in (Beynəlxalq Alman Əməkdaşlığı Cəmiyyəti) EPIC (Cənubi Qafqazda aztəminatlı, qaçqın və köçkün ailələrin sosial və iqtisadi rifahının yaxşılaşdırılması) layihəsi çərçivəsində ECL-in (Avropa Xərçəng Cəmiyyətləri Assosiasiyası) tərəfdaşlığı ilə xərçəng həftəsi çərçivəsində silsilə tədbirlər təşkil olunmuşdur.
 
İlk olaraq ECL-in Azərbaycan üzrə nümayəndəsi olan İlkin Əliyev tərəfindən irəli sürülən bu təşəbbüsə EPIC layihəsinin iştirakçıları qoşularaq xərçəng həftəsi ilə bağlı məlumat əldə ediblər, daha sonra isə İlkin Əliyev tərəfindən sinə, bağırsaq və dəri xərçəngi ilə bağlı vebinar keçirilib.
Silsilə tədbirlərin ikinci günündə Dayanıqlı İnkişaf Məqsədi 3 – Yaxşı səhiyyə və rifah üzrə gənc Səfir Aygün Talıbova tərəfindən ağciyər xərçəngi ilə bağlı iştirakçılara məlumat verilmişdir.
Vebinarlarla yanaşı təlim iştirakçıları arasında sosial media kampaniyası aparılıb. Kampaniya çərçivəsində gənclər xərçənglə mübarizə üçün paylaşımlar edərək insanların maarifləndirilməsində xüsusi rol oynayıblar.








Redaktorun seçimi