"Uşaqlar gözəl gələcək üçün ümid işığıdır"

Hit: 790
"Uşaqlar gözəl gələcək üçün ümid işığıdır"

Məlumat verildiyi kimi bu gün  Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

Faktor.az xəbər portalının baş redaktoru Aslan Abbaszadə bu günün əhəmiyyəti ilə bağlı status paylaşıb.

"Uşaqlar gözəl gələcək üçün ümid işığıdır. Bu işığı söndürmək yerinə daha da parıltıyla yanmasına çalışaq. Unutmayın, sağlam fərd yetişdirmək, bəşər üçün atılan ən möhtəşəm addımdır".

Qeyd edək ki, Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə prezident İlham Əliyev 2008-ci il dekabrın 22-də sərəncam imzalayıb. Həmin sərəncamla 2009-cu il "Uşaq İli" elan edilib.









Redaktorun seçimi