1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Hit: 648
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.
 
Faktor.az-ın məlumatına görə, 1950-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününün BMT Baş Assambleyası (BA) tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunmuş "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
 
Dünyanın əksər ölkələrində olduğu kimi, bu tarix Azərbaycanda da qeyd edilir.
 
Qeyd edək ki, bu bayramla yanaşı BMT BA tərəfindən hər il noyabrın 20-də Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Ümumdünya Uşaqlar Günü 1954-cü ildə BMT BA-nın qətnaməsində 1956-cı ildən başlayaraq bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd edilib.
 
Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə prezident İlham Əliyev 2008-ci il dekabrın 22-də sərəncam imzalayıb. Həmin sərəncamla 2009-cu il "Uşaq İli" elan edilib.








Redaktorun seçimi