Bu telekanalın 86 min manat vergi borcu var
Azərbaycandakı televiziya kanallarından yalnız "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin dövlət büdcəsinə borcu var.
Bu barədə Faktor.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, telekanalın vergi borcu 85 603,18 manat təşkil edir.
Xatırladaq ki, Azərbaycanda 12 ümumrespublika və 12 regional televiziya kanalı var.