Qənirə Paşayeva Ramil Səfərovun qonağı oldu

Hit: 843
Qənirə Paşayeva Ramil Səfərovun qonağı oldu
Milli Məclisin deputatı Qənirə Paşayeva polkovnik-leytenant Ramil Səfərovun evinə gedib.
 
Faktor.az xəbər verir ki, millət vəkili ziyarəti ilə bağlı fikirlərini sosial media hesabında paylaşıb: “Dəyərli qardaşımız Macarıstanda məhkəmə qarşısında dayananda "əgər üzr istəsən, daha yüngül cəza alacaqsan, əks halda cəzan çox ağır olacaq!" dediklərində belə son sözündə məhkəməyə üz tutaraq "mən sizdən mərhəmət deyil, ədalət istəyirəm!" deyib, çıxışında ermənilərin işğalçı zehniyyətini və işğalçıların bağışlanmaz hərəkətlərini faktlarla sadalayan mərd zabitimiz Ramil Səfərovun ailəsini ziyarət etdik, geniş fikir mübadiləsi apardıq. "Yüz minlərlə soydaşın, həmvətənin yanındadır!" dedik.
 
Avropa İnsan Haqları Məhkəməsinin qərarını başqa cür şərh etmək istəyənlərə isə demək istəyirəm ki, bu, işğalçı Ermənistanın uğuru yox, tam tərsinə, böyük uğursuzluğu oldu. Çünki Ramillə və Azərbaycan dövləti ilə bağlı qaldırılmış böhtan dolu, əsassız iddiaları qitə məhkəməsi qəbul etmədi; bununla da ermənilərin bununla bağlı bütün çirkin niyyətləri puç oldu...”.








Redaktorun seçimi