ADU tələbə qəbulu elan etdi

Hit: 815
ADU tələbə qəbulu elan etdi
Azərbaycan Dillər Universiteti (ADU) 2020/2021-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu elan edib.
 
ADU-dan Faktor.az-a verilən məlumata görə, sənəd qəbulu iyun ayının 1-dən avqust ayının 10-dək aparılacaq.
 
Tələb olunan sənədlər aşağıdakılardır:
 
- rektorun adına ərizə;
 
- diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;
 
- şəxsiyyət vəsiqəsinin surəti;
 
- 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;
 
- sağlamlıq haqqında arayış;
 
- əmək kitabçasının surəti.
 
Sənədlər istirahət günlərindən başqa hər gün saat 10:00-15:00-dək qəbul ediləcək. 
 
Universitetdən bildirilib ki, sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.








Redaktorun seçimi