Respublika virtual Elmi konfransı keçiriləcək

Hit: 476
Respublika virtual Elmi konfransı keçiriləcək
BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyasının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına  Akademiyasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Milli Aviasiya Akademiyasının Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə 02 iyun 2020-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda Respublika virtual Elmi konfransı keçiriləcəkdir.
 
Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 14:00-da başlayacaqdır.
 
Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin 01 iyun 2020-ci il saat 17:00-dək [email protected] ünvanına müraciət etməsi xahiş olunur.







Redaktorun seçimi