Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq

Hit: 705
Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxın dövrdə Quba, Bərdə və Şəki rayonlarında da peşə tədrisi mərkəzlərinin yaradılmasını planlaşdırıb.
 
Nazirlikdən Faktor.az-a verilən məlumata görə, məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarının təşkili üçün müasir infrastrukturun qurulmasıdır.
 
Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil olunacaq. Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunmaqla, onların yeni yiyələndirkləri peşələr üzrə məşğulluğu təmin olunacaq.
 
Qeyd edək ki, hazırda Nazirliyin Bakı, Göyçay və Gəncə şəhərlərində peşə tədrisi mərkəzləri fəaliyyət göstərir.








Redaktorun seçimi