"Bu inam bizi böyük şövqlə gələcəyə aparır"

Hit: 652
"Bu inam bizi böyük şövqlə gələcəyə aparır"

.

Bu gün cumhuriyyətin elan olunmasının ildönümünü qeyd edirik. Bu hadisə tarixi yaddaşımıza dövlətçiliyimizin üç sütunun təsbit olunması kimi həkk olunub: milli kimlik, mütərəqqilik və dini dəyərlər. Başqa sözlə desək, özümüzü tanıyaraq, ilahi prinsipləri rəhbər tutaraq daim inkişaf etmək.
 
Tariximizdəki böyük hadisələrin qeyd olunması yalnız əcdadımıza sayğı ifadəsi deyil. Bu həm də bir inam məsələsidir. Missiyasını bilməyən, hədəfini itirən bir xalqın keçmişi nə qədər zəngin, tərəqqi əzmi nə qədər güclü olsa da, gələcəyi qaranlıqdır. Lakin, bizim əcdadımız bir inam irsi qoyub bizə. Böyük tarixi missiya daşıdığımıza bir inam. Bu inam sayəsində nə zamansa Peyğəmbərin (s) çağırışına cavab verdik, İslam adı ilə qurulan imperiya ilə barışmadıq, əzilənlərə sığınacaq verdik, mədəniyyətin zirvələrini fəth etdik, müsəlman dünyasının ən qüdrətli dövlətlərindən birini qurduq. Biz hər zaman doğru olanı himayə etdik. Bu inam bizə işğal olunsaq da, işğalla barışmamağı, hər zaman azadlıq uğrunda mücadilə aparmağı aşıladı. Bu inam kökündən dəyişən bir dünyada bizi böyük şövqlə gələcəyə aparır.
 
Bayramınız mübarək, azadlığımız əbədi olsun!

Hacı Şahin Həsənli







Redaktorun seçimi