Vilayət Vəliyevin vətəndaşları onlayn qəbulu bayram günləri də davam edir

Hit: 1112
Vilayət Vəliyevin vətəndaşları onlayn qəbulu bayram günləri də davam edir
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin vətəndaşları onlayn qəbulu bayram günləri də davam edir.
 
Qəbulda iştirak etmək istəyən şəxs ən geci bir gün əvvəldən AzTU-nun rəsmi saytının “Onlayn qəbul” bölməsində qeydiyyatdan keçib, elektron kabineti üzərindən müraciət etməlidir. Yalnız bu halda vətəndaşa qəbulda iştirakın tarixi (gün və saat), həmçinin onlayn qoşulmaq üçün link göndərilir.
Qəbulda iştirak etmək istəməyən vətəndaşlar isə müraciətlərini elektron formada göndərə bilər.
 
Qeyd edək ki, vətəndaşların onlayn qəbulu hər həftənin 2-ci və 5-ci günləri, saat 14:00-dan 17:00-dək keçirilir.








Redaktorun seçimi