Daha 131 azərbaycanlı Rusiyadan təxliyə olunub

Hit: 832
Daha 131 azərbaycanlı Rusiyadan təxliyə olunub
"Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub".
 
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.
 
Onun sözlərinə görə, hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib.
 
"İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib.
 
O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox adam var.








Redaktorun seçimi