Peyğəmbər haqda film sabah ATV-də yayımlanacaq - ANONS

Hit: 1170
Peyğəmbər haqda film sabah ATV-də yayımlanacaq - ANONS

Əslən Azərbaycanlı olan iranlı rejissor Məcid Məcidinin Həzrəti “Muhammad Rəsulullah” filmi sabah, yəni 27 may 22-35 də ATV kanalında yayımlanacaq.

Faktor.az xəbər verir ki, film Azərbaycan tamaşaçısı üçün çox maraqlıdır. Filmdə Məhəmməd peyğəmbərin (s) doğumundan 13 yaşına qədərki yaşamı, həmin illərdə Məkkədə baş verən hadisələr əks olunub.

Filmdə Məhəmməd peyğəmbərin üzü göstərilməsə də, onun vizual görünüşü var - saçı, geyimi və digərləri göstərilir. Peyğəmbərin səsi verilməsə də onun sözləri subtitrlərdə göstərilir.

Qeyd edək ki, filmin çəkilişlərində Hollivudun vizual effekt mütəxəssisi Scott Anderson, 3 dəfə “Oscar”a layiq görülmüş italyan operator Vittorio Storaro da iştirak edib. Filmin musiqisi isə hindistanlı A.R. Rahmana məxsusdur.








Redaktorun seçimi