Deputat gənclərlə görüşəcək

Hit: 1072
Deputat gənclərlə görüşəcək
"28 may - Respublika Günü" münasibətilə mayın 27-də Gənclər və İdman Nazirliyinin “Armudu” layihəsi çərçivəsində növbəti görüş tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü millət vəkili Musa Qasımlı ilə olacaq.
 
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın Faktor.az-a verdiyi məlumata görə, görüşdə Cümhuriyyət dövrünə bir daha nəzər salınacaq, onun tariximizdəki yeri və rolu ətraflı təhlil ediləcək, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrəniləcək.
 
Eyni zamanda, gənclər öz fikirlərini alimlə bölüşmək imkanı əldə edəcəklər.
 
Qeyd edək ki, 28 may tarixi Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Müsəlman şərqində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.








Redaktorun seçimi