İçərişəhər "Cümə" məscidi beynəlxalq agentliyin diqqətində - FOTOLAR

Hit: 2026
İçərişəhər "Cümə" məscidi beynəlxalq agentliyin diqqətində - FOTOLAR
Məlumat verildiyi kimi, bu il ölkəmizdə karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verdiyi qərara əsasən bayram namazı məscidlərdə qılınmayıb.
 
Faktor.az xəbər verir ki, ölkəmizdə hazırda mövcud koronavirus pandemiyasına görə məscidlər bağlı olduğu üçün insanlarla dini görüş və söhbətlər "online" qaydada aparılır.
 
Belə ki, azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər "Cümə" məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli sosial şəbəkələr vasitəsi ilə bayram moizəsi edib, xalqa öz təbriklərini çatdırıb.
 
Dünyanın ən böyük və aparıcı foto agentliyi olan "Getty İmages" bununla bağlı geniş fotoreportaj hazırlayıb.
 
Fotoreportajla aşağıdakı linkdə tanış olmaq olar.
 
https://www.gettyimages.com/photos/icharishahar-juma-mosque?family=editorial&phrase=Icharishahar%20Juma%20Mosque&sort=newest#license
1
1
1
1
1
1








Redaktorun seçimi