Millət vəkilindən Ramazan təbriki

Hit: 1133
Millət vəkilindən Ramazan təbriki
Orucluğun sınaqlarından alnıaçıq çıxan, inanclı Bacı və Qardaşlarım Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırıq.
 
Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsini ehtiramla yad edərək tez bir zamanda işğal olunmuş torpaqlarlmızın azad olunmasını arzu edirəm.
Oruc və dualarımızın Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
 
RAMAZAN BAYRAMINIZ MÜBARƏK OLSUN !

Millət vəkili
Eldəniz Səlimov.








Redaktorun seçimi