BDU-da onlayn ustad dərsi keçirilib

Hit: 904
BDU-da onlayn ustad dərsi keçirilib
Mayın 22-də Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı-professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq Proteomiks laboratoriyasının müdiri İsmayıl Zülfüqarov BDU-nun tələbələri üçün “Koronoviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsini keçib.
 
Moderator, Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova iştirakçıları salamlayaraq onlayn dərsin keçirilmə məqsədi ilə bağlı məlumat verib.
 
“Koronoviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsi verən professor İsmayıl Zülfüqarov COVİD-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusların replikasiyası və molekulyar divergensiyası, DNT-genomlu viruslar, RNT- genomlu viruslar, koronavirusların MERS və SARS növləri barəsində təqdimatla çıxış edib.
 
Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların böyük marağına səbəb olub.
 
Ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.








Redaktorun seçimi