AzTU-nun rektoru vətəndaşları onlayn qəbul etdi

Hit: 594
AzTU-nun rektoru vətəndaşları onlayn qəbul etdi
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev vətəndaşları onlayn qəbul edib. Qəbulda universitet əməkdaşları, tələbələr, valideynlər və digər şəxslərin müracətlərinə baxılıb.
 
Görüşdə onlayn dərslərin gedişi, imtahanlara hazırlıq, magistr dissertasiya işlərinin müdafiəsi, kəsiri olan tələbələrin problemlərinin həlli, təhsil haqqlarının ödənilməsi və işə qəbulla bağlı suallar cavablandırılıb.
 
Qeyd edək ki, vətəndaşların onlayn qəbulu hər həftənin 2-ci və 5-ci günləri, saat 14:00-dan 17:00-dək keçirilir.
 
Qəbulda iştirak etmək istəyən şəxs ən geci bir gün əvvəldən AzTU-nun rəsmi saytının “Onlayn qəbul” bölməsində qeydiyyatdan keçib, elektron kabineti üzərindən müraciət etməlidir. Yalnız bu halda vətəndaşa qəbulda iştirakın tarixi (gün və saat), həmçinin onlayn qoşulmaq üçün link göndərilir.
 
Qəbulda iştirak etmək istəməyən vətəndaşlar isə müraciətlərini elektron formada göndərə bilər.
 
Onlayn qəbul məsafələri qısaltmaq məqsədi daşıyır. Uzaq məsafədə yaşayan, qəbula gəlməkdə çətinlik çəkən vətəndaşlarla görüşün bu formatda keçirilməsi karantin günləri bitdikdən sonra da davam etdiriləcək.







Redaktorun seçimi