Yenidən tələbələrimizi doğma universitetimizdə qarşılayacağıq - Rektor təbrik etdi

Hit: 825
Yenidən tələbələrimizi doğma universitetimizdə qarşılayacağıq - Rektor təbrik etdi
Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor Vilayət Vəliyev Ramazan bayramı münasibəti ilə universitetin kollektivini həmçinin bütün təhsil işlərini təbrik edib.
 
Faktor.az xəbər verir ki, təbrikdə deyilir:
 
Hörmətli müəllimlər, əməkdaşlar, əziz tələbələr!
 
Sizi, mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm!
 
Müqəddəs kitabımız olan Qurani-Kərimin nazil olduğu Ramazan ayı bəşər övladını xeyirxahlıq, mərhəmət, şəfqət və bərabərliyə, mənəvi kamilliyə dəvət edən, insanların düşüncəsini saflaşdıran bir aydır.
 
Təəssüflə qeyd edirəm ki, builki bayram dünyanın pandemiya təhlükəsi ilə üz-üzə qaldığı bir vaxta təsadüf edir. Bu mübarizədən az itkilərlə çıxmaq üçün dövlətimiz mühüm qərarlar verir. Əminəm ki, xalqımızın birliyi nəticəsində biz bu sınaqdan da üzüağ çıxa biləcəyik və yenidən tələbələrimizi doğma universitetimizdə qarşılayacağıq.
 
Bir daha tutulan orucların, edilən duaların Tanrı dərgahında qəbul olunmasını diləyir, hər kəsə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzu edirəm.
 
Ramazan bayramınız mübarək!








Redaktorun seçimi