BDU-da 2 gün davam edən Elmi konfrans yekunlaşdı

Hit: 653
BDU-da 2 gün davam edən Elmi konfrans yekunlaşdı
Mayın 21-də Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda Respublika virtual Elmi konfransıikinci günü ilə öz işini davam etdirib.
 
2 bölmədə iclasları davam etdirən konfransdaRiyazi analiz kafedrasının professoru Sadiq Abdullayevin “Некоторые оценки для следов”, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Hamlet Quliyevin “Исследование одной обратной задачи с методами оптимального управле¬ния для эллиптического уравнения второго порядка”,Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri, dosent Yusif Sevdimalıyevin “İrsi elastiki çubuğun istismar resurslarınıin qiymətləndirilməsi”,İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının professoru Şakir Yusubovun “Beştərtibli hiperbolik tənlik üçün bir sərhəd məsələsinin korrekt həll olunması haqqında”,Diferensial və inteqral tənliklər kafedrasının dosenti Şirmayıl Bağırovun “Zaman arqumentinə nəzərən periodik əmsallı ikinci tərtib yarımxətti parabolik tənliyin müsbət qlobal həllinin varlığı”, magistrant Aydan Qulamlının “On the application one simple method with the fractional steps to solving Volterra integro-differential equation”, magistrant Aytac Nəbiyevanın “Üç birtərtibli adi diferensial tənliklər sistemi üçün yarimoxda səpilmə məsələsi”adlı məruzələr iştirakçıların marağına səbəb olub.
2 gün davam edən konfrasda 50-yə yaxın məruzə dinlənilib. Konfransın bağlanması zamanı Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov konfransın işini yüksək qiymətləndirərək tətbiqi xarakterli təqdimatlarla bağlı təkliflər hazırlanması ideyasını irəli sürüb.
 
Konfransın moderatoru, Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov iştirakçılara statistik məlumatları təqdim edərək tələbələri gələcəkdə də bu tip konfranslarda aktiv iştiraka səsləyib.
 “Microsoft Teams” platforması üzərindən təşkil olunmuşRespublika Elmi konfransı sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.
 







Redaktorun seçimi