20 may - Beynəlxalq İnsan Resursları günüdür

Hit: 2398
20 may - Beynəlxalq İnsan Resursları günüdür
İnsan resurslarının idarə edilməsi (İRİE) şirkətdə və ya təşkilatdakı insanların səmərəli idarə olunmasına strateji yanaşma olub, təşkilatın və onun məhsullarının rəqabət üstünlüyü qazanmasına xidmət edir. İnsan resurslarının (İR) ümumi məqsədi təşkilatın insanlar vasitəsilə uğur əldə etməsini güvənli formada təmin etməkdir. 
 
İnsan Resursları 20-ci əsrin əvvəllərindən qloballaşma, şirkətlərin konsolidasiyası, texnoloji irəliləyişlər səbəbindən əlaqələndirmə və satın alma, istedadların idarəedilməsi, gələcək kadrların planlaşdırılması, sənaye və əmək münasibətləri, müxtəliflik kimi strateji təşəbbüslərə yönəlmişdir. İndiki qlobal iş mühitində əksər şirkətlər işçi dövriyyəsinin azaldılmasına və işçilərin istedad və biliklərinin qorunmasına fokuslanır.
 
İnsan Resursları sahəsi 18-ci əsrdən başlayaraq Avropada formalaşmağa başlamışdır. Bu, sənaye inqilabı zamanı Robert Ouen və Çarlz Babbanın sadə bir fikri üzərində qurulmuşdur.
 
İngiltərədə 1914-1918-ci illərdə Birinci Dünya Müharibəsində əsgərlər arasında münasibətlərdə gözlənilməz problemləri araşdıran SamuelMayers, 1921-ci ildə Milli Sənaye Psixologiya İnstitutunu (NİİP) təsis etdi. Bununla da insan münasibətlərinin araşdırılması üzrə ilk institusional addımlar atıldı.
 
Ölkəmizdə də İnsan Resursları sahəsində peşəkar mütəxəssislər fəaliyyət göstərir. Xüsusilə son illər ərzində bu sahəyə artan maraq, kadr potensialının formalaşdırılması və idarəedilməsi dövlət və özəl təşkilatlarınişinə öz töhfəsini vermişdir.
 
“Azərbaycan İnsan Resursları Assosiasiyası” İnsan resursları və onun inkişafı sahəsində ölkəmizdə 2018-ci ildən etibarən fəaliyyət göstərir. Təşkilat özündə açıq fikirlilik, əməkdaşlıq, nəticə yönümlülük, davamlılıq, peşəkarlıq, operativlik, komandaişi və innovativlik dəyərlərini əsas götürərək bu günə qədər İnsan Resursları sahəsi üzrə bir çox beynəlxalq vəölkədaxili tədbirlərin uğurla keçirilməsinə nail olub.
 
Həmçinin, AİRA ölkə xaricində beynəlxalq HR tədbirlərində Azərbaycanı təmsil etmişdir. 2019-cu ilin may ayında Gürcüstan Respublikasında keçirilən "HR Challenges" konfransında, İsveçrədə Beynəlxalq Əmək Təşkilatı tərəfindənkeçirilən "STRENGTHEN: Global Knowledge-Sharing Workshop"unda və 2020-ci ilin fevralındaBirləşmiş Ərəb Əmirliyində keçirilən “SHRM Tech EMEA” beynəlxalq insan resurları konfransında AİRA-nın nümayəndə heyəti iştirak edərək, ölkəmizi beynəlxalq arenada uğurla tanıtmışlar.
 
AİRA insan resursları sahəsi üzrə tanınmış “MERCER”, “PERYÖN” kimi nüfuzlu şirkət və təşkilatlarlaqarşılıqlı əməkdaşlıq edir, həmçinin bu sahə üzrə dünyadakı müasir beynəlxalq təcrübələri Azərbaycana gətirmək üçün danışıqlar aparmağa davam edir.
 
11 may 2019 -cu il tarixində Bakıda Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) və “Mercer Türkiyə”nin əməkdaşlığı ilə “İstedadların İdarə Edilməsi və Mükafatlandırma Sistemi” Konfransı, 22 May 2019-cu il tarixində AİRA və PERYÖN-un birgə təşkilatçılığı ilə "HR rəqəmsal dünyada biznes tərəfdaşı kimi" workshopu keçirilmişdir.
 
Assosiasiya davamlı olaraq insan resurları idarəedilməsinin müxtəlif mövzularında təlim-tədris kursları təşkil edir, həmçinin, peşəkar HR-ların iştirakı ilə onlayn seminarlar da təşkil edilir. İlk dəfə olaraq AİRA tərəfindən“HR Debat” adlı layihə başlamış və tanınmış mütəxəssislərin canlı, onlayn olaraq sosial şəbəkələr üzərindən açıq müzakirələrini təşkil etmişdir.
 
Hazırda “Azərbaycan İnsan Resursları Assosiasiyası” xüsusi karantin dövründə insan resurslarının pandemiya dövründəki vəziyyəti, qanunvericiliyin tələbləri və bu durumdakıgərəkliaddımlar haqqında ciddi maarifləndirmə işləri aparır və post-karantin dövrü üçün yeni layihələrə hazırlaşır.








Redaktorun seçimi