AzTU yeni layihəyə start verdi

Hit: 952
AzTU yeni layihəyə start verdi
Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurası tərəfindən qəbul edilən “Gələcəyin müəllimi” layihəsinin icrasına start verilib. Layihənin məqsədi AzTU-nun akademik sahədə potensialını gücləndirməkdir.
 
Bu həm də universitetin kadr potensialını öz tələbələri hesabına gəncləşdirməsi və müasir innovasiya tələbini qarşılamağa istiqamətlənib. Layihəyə uyğun olaraq II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin qarşılanması məqsədilə onlar arasından seçilmiş bir qrup tələbə, bakalavrların imtahan prosesinə cəlb olunacaq. Belə ki, bakalavrların biliyinin qiymətləndirilməsində fənn müəllimləri ilə yanaşı magistrantların da rəyi nəzərə alınacaq.








Redaktorun seçimi