Koronovirus haqqında online dərs keçiriləcək

Hit: 531
Koronovirus haqqında online dərs keçiriləcək
Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı-professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq Proteomiks laboratoriyasının müdiri İsmayıl Zülfüqarov 22 may 2020-ci il saat 11:00-da BDU-nun tələbələri üçün Microsoft Teams platforması üzərindən “Koronoviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsini keçəcək.
 
Faktor.az xəbər verir ki, virtual ustad dərsində iştirak etmək istəyən şəxslərin 21 may 2020-ci il saat 17:00-dək [email protected] ünvanına müraciət etməsi xahiş olunur.







Redaktorun seçimi