İcra başçısı Mirhəsən Seyidov müharibə veteranlarına baş çəkib - FOTOLAR

Hit: 2216
İcra başçısı Mirhəsən Seyidov müharibə veteranlarına baş çəkib - FOTOLAR
Neftçalada 9 May-Faşizm üzərində Qələbənin 75-ci ildönümü ilə bağlı müharibə veteranlarına baş çəkilib
 
Cənab Prezident İlham Əliyev 1941–1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslərin “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.⠀⠀
 
Bundan irəli gələrək, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, ƏƏSMN yanında Neftçala Rayon Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və Neftçala Rayon Hüquq Mühafizə Orqanlarının iştirakı ilə 9 May- Faşizm üzərində Qələbənin 75-ci ildönümü ilə bağlı müharibə veteranlarına baş çəkiblər.İkinci dünya müharibəsində qəhrəmancasına vuruşmuş Neftçala rayon sakinləri Zəbulla Nağıyev və Malik Qurbanovu ziyarət edərək, medal ilə təltif ediblər və onlara bayram sovqatları çatdırıblar.⠀⠀
 
Veteranlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
 
 
1
1
1
1








Redaktorun seçimi