Taleh Yüzbəyov müəllimlərin suallarını cavablandırdı - VİDEO

Hit: 2849
Taleh Yüzbəyov müəllimlərin suallarını cavablandırdı - VİDEO
"Facebook"da qısa müddətdə məşhurlaşan "Nərdivançı" verilişinin növbəti qonağı gənc aktyor, videobloqqer Taleh Yüzbəyov olub.
 
Faktor.az  xəbər verir ki, aktyor Azərbaycanın müxtəlif bölgələrində çalışan gənc müəllimlərin ona ünvanladığı suallarını cavablandırıb.
 
T.Yüzbəyov müsahibə zamanı fəaliyyəti haqqında bir sıra məqamlara aydınlıq gətirib. O, müəllimlərin maraqlı suallarına səmimi şəkildə cavab verib.
 
Qeyd edək ki, "Nərdivançı" layihəsinin rəhbəri Cəlilabad rayon Alar kənd 2 saylı tam orta məktəbin fizika-riyaziyyat müəllimi Elçin Abbasovdur. Layihə Azərbaycanda koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi dövründə müəllimlərin vaxtlarının səmərəli keçirilməsi və onlayn müsahibələrlə Azərbaycanın tanınmış gənc simalarını cəmiyyətə daha da yaxından tanış etmək məqsədi daşıyır. Müsahibə zamanı ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən, təxminən, 10 gənc müəllim tərəfindən qonağa videoformat şəklində ünvanlanan suallar cavablandırılır.








Redaktorun seçimi