Azərbaycanda Mübarək Ramazan ayına həsr edilən klip çəkildi - VİDEO

Hit: 2340
Azərbaycanda Mübarək Ramazan ayına həsr edilən klip çəkildi - VİDEO
Azərbaycanın teleaparıcıları, aktyorları və ifaçıları Mübarək Ramazan ayına həsr edilən "Muhəmməd Mustafa gəldi" klipində çəkiliblər.
 
Faktor.az xəbər verir ki, musiqinin müəllifi və mahnının ifaçısı Seyyid Taleh Boradigahıdır, sözlər Rövşən Rəhimzadəyə məxsusdur. Rejissor – Nail Naiboğlu, operator – Ruslan Ağazadə, aranjımançı – Fariborz Hatəmidir.
 
Klip sosial özünütəcrid və “Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində ərsəyə gətirilib. Layihədə Xalq artistləri Zabit Nəbizadə və Natiq Şirinov, Əməkdar artistlər Nailə İslamzadə və Nigar Şabanova, teleaparıcı Lamiyə Ələkbərova, ifaçılar Mirələm Mirələmov, Seyran Əliyev, Səbinə Ərəbli, Nuray Rəhman, Əli Paşayev, Nicat, meyxanaçı Tərlan Novxanı, kinoaktyor Kamran Yunis, stilist Meta iştirak ediblər.








Redaktorun seçimi