Baş İdarə aztəminatlı ailələrə yardım edib - FOTOLAR

Hit: 1544
Baş İdarə aztəminatlı ailələrə yardım edib - FOTOLAR
Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejimi ilə əlaqədar bəzi vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq başladılan yardım aksiyası zamanı aztəminatlı ailələr də diqqətdən kənarda qalmırlar.
 
Faktor.az YazTV-ə istiandla xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimovun tövsiyyəsinə uyğun olaraq və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi bayramovun təşəbbüsünə qoşularaq 25 aprel 2020-ci il tarixdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən veteran idmançılara və digər aztəminatlı ailələrə ərzaq sovqatı yardımı edilmişdir.
 
Sanitariya və təhlükəsizlik qaydalarına əməl edilərək yardım aksiyasında Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi və əməkdaşları iştirak etmiş və 10 aztəminatlı ailənin yaşadıqları ünvanlarda başçəkmə həyata keçiriblər.
1
1
1
1
1
1








Redaktorun seçimi