ASAN həmişə yanınızdadır - VİDEO

Hit: 2133
ASAN həmişə yanınızdadır - VİDEO
"ASAN xidmət" xüsusi karantin rejimində də vətəndaşların daim yanında olduğunu əks etdirən videoçarx nümayiş etdirib. Belə ki, videoçarxda "ASAN xidmət"in müxtəlif sturuktur bölmələrinin əməkdaşlarının 9108 Çağrı mərkəzi vasitəsi ilə evlərindən də vətəndaşların müraciətlərini cavablandırdıqları nümayiş olunub. 
 
Əməkdaşlar  vətəndaşların suallarını cavablandırmaqla bərabər həm də onlara karantin rejimi qaydalarını  xatırladırlar.
 
Xatırladaq ki, vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədi ilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən "ASAN xidmət" mərkəzlərinin əməkdaşlarının bəziləri  inzibati ofislərindən,  digərləri isə evdən olmaqla Çağrı mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təhciz ediliblər.








Redaktorun seçimi