“Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020”

Hit: 596
“Heydər Əliyev siyasi məktəbini öyrənirik -  2020”
Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına start verir.
 
Gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaradılması proqramın əsas məqsədlərindəndir.
 
Proqramda iştirak qaydaları və iddiaçıların seçimi
 
Proqramda iştirak etmək istəyən gənclər iştirakçı anketini doldurub 30 aprel 2020-ci il tarixədək aşağıdakı elektron poçt ünvanlarına göndərməlidirlər.  
 
Ərizə tam şəkildə doldurulduqda baxılması üçün namizədlər siyahısına daxil edilir.
 
İddiaçıların seçimi aşağıdakı meyarlar üzrə müəyyən edilməsi nəzərdə tutulub:
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olmal;
 
ictimai fəal;
 
18-25 yaş;
 
təşkilatçılıq bacarığı;
 
geniş dünya görüşü;
 
ünsiyyət və əlaqə qurmaq bacarığı;
 
komanda ilə iş bacarığı;
 
Azərbaycan vətəndaşı.
 
Namizədlər siyahısına daxil edilmiş hər bir gənclə onlyan formada müsahibə aparılacaqdır.  Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər bir iştirakçının elektron poçtuna və mobil telefon nömrəsinə sms göndəriləcəkdir.
 
Proqram Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.
 
Qeydiyyat üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur. Əgər çətinlik yaranarsa əlavə edilmiş fayılda word formatda əldə edə bilərsiz. Anketi doldurduqdan sonra [email protected] elektron poçtuna göndərməyiniz xahiş olunur.
 
  
https://docs.google.com/forms/d/1x8Z4nkfGKxx9Eul4XDzRu5_88QSltZ8RUuzzwOHbYXE/edit
 
 
Əlaqələndirici şəxs:
Rəşad Musayev  
 
Gənclər və İdman Nazirliyinin
Gənclər təşkilatları ilə iş sektorunun məsləhətçisi
 
Tel: +994 55 661 01 96







Redaktorun seçimi