COVID-19 böhranı şəraitində - gender-əsaslı layihə

Hit: 961
COVID-19 böhranı şəraitində - gender-əsaslı layihə
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin həyata keçirdiyi “Genderə yönəlik transformativ yanaşmaların təşviq edilməsi və gender-əsaslı zorakılıq və ayrıseçkiliklə mübarizə kontekstində gənc kişilərə/oğlanlara yönəlik məlumatlandırma kampaniyası” layihəsi çərçivəsində hazırda davam edən koronavirus pandemiyası şəraitində gender-əsaslı zorakılıq riskinin azaldılması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə başlanılır. 
 
COVID-19 kimi yoluxucu xəstəliklərin yayılması müxtəlif mühitlərdə qız uşaqlarının rifahı, inkişafı və müdafiəsi baxımından mənfi nəticələrə səbəb olur.
 
Pandemiyalar dövründə gender-əsaslı zorakılığa qarşı əlaqələndirilmiş (multisektoral) cavab tədbirlərinin və müvafiq yönləndirmə mexanizmlərinin mövcud reallığa uyğun şəkildə təkmilləşdirilməsi və icmaların bu barədə məlumatlandırılması zəruri məsələyə çevrilir. COVID-19 böhranının mümkün fəsadlarına gender prizmasından adekvat cavab tədbirlərinə dəstək məqsədilə layihə çərçivəsində sosial media üzərindən gənc oğlanlar və kişilər üçün aidiyyatı mövzularda onlayn məşğələ və vebinarların keçirilməsi nəzərdə tutulur.
 
Layihənin gedişatı ərzində həmçinin hazırkı pandemiyanın qız uşaqlarının hüquqlarının qorunmasına təsiri, cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviqi mövzularında videoçarxçlar hazırlanaraq sosial şəbəkələrdə yayımlanacaq.








Redaktorun seçimi