Neftçala Rayon İcra Hakimiyyəti rayon sakinlərinə müraciət edib

Hit: 680
Neftçala Rayon İcra Hakimiyyəti rayon sakinlərinə müraciət edib
Neftçala Rayon İcra Hakimiyyəti rayon sakinlərinə müraciət edib.
 
Faktor.az xəbər verir ki, müraciətdə deyilir:
 
"Əziz Neftçala sakinləri, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
 
Bununla bağlı birdəfəlik ödəməni almaq üçün karantin rejimini pozub evdən çıxmağa ehtiyac yoxdur.
 
Rayon və şəhərlər üzrə işsiz şəxslərin qeydiyyata alınmaları üçün elektron qaydada müraciət günləri elan olunub.
 
Müəyyənləşdirilmiş qrafikə əsasən Neftçala rayonu üzrə işsiz statusuna uyğun gələn şəxslərin müraciətlərinə 8 aprel tarixində baxılacaqdır".








Redaktorun seçimi