"Biz Azərbaycan dövlətindən yardım istəyirik" - Polşada olan azərbaycanlılar yazır

Hit: 564
"Biz Azərbaycan dövlətindən yardım istəyirik" - Polşada olan azərbaycanlılar yazır
"Salam,
Hər vaxtınız xeyir.

Biz, 150-dən çox azərbaycanlı tələbə və işçi kimi gələn vətəndaşlar Polşa dövlətində virusla əlaqədar çıxılmaz vəziyyətdə qalmışıq. İş yerləri bağlandığından, əksər azərbaycanlılar çalışmır. Tələbələrin ailələri Azərbaycanda işlərin bağlanmasından dolayı övladlarına maddi yardım göndərə bilmirlər. Hətta dərslərin 1 semester onlayn olması, maddi problemlər olduğu üçün və ən əsas da virusun sürətlə yayılması, ölənlərin hər gün sayının artması burada qalmağı günü-gündən çətinləşdirir. Bununla bağlı Azərbaycanın Polşadakı Səfirliyinə, Diaspora ilə İş üzrə Dövlət Komitəsinə və Xarici İşlər Nazirliyinə müraciət etsək də, lazımı köməkliyi ala bilməmişik. Aramızda ailəli şəxslər, qadınlar və sağlamlığında problem(virus yox, məsələn, mədəsi xəstə, əli kəsilmək təhlükəsi olan) olan azərbaycanlıların maddi və psixoloji vəziyyəti heç də ürəkaçan vəziyyətdə deyil. Qalacaq və qida üçün maliyyə çatışmazlığı olan şəxlər var. Biz Azərbaycan dövlətindən bizə təxliyə üçün çarter reyslərinin təşkil olunmasını xahiş edirik.
 
Xahiş edirik, məsələnin maksimum ictimailəşdirilməsi və dövlətimizin bizə yardım etməsi üçün bizə köməklik göstərəsiniz."

Sənan Bəşirzadə








Redaktorun seçimi