“Xalq Prezidentin bu humanist addımını unutmayacaq!”

Hit: 711
“Xalq Prezidentin bu humanist addımını unutmayacaq!”
“Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Prezident İlham Əliyevin sərəncamı ilə yaşı 65-dən  yuxarı olan bəzi məhbusların koronavirusla əlaqədar əfv edilməsini, humanizm, yaşlılara hörmət, demokratiya, əsl hüquqi olkə olma nümunəsi, hər bir vətəndaşın sağlamlığına göstərilən qayğı kimi qiymətləndiririk”. Bunu "Qəbələ Əlillərə Dəstək" Xeyriyyə İctimai Birliyinin sədri Yaşar Hümbətov deyib. O sosial şəbəkələrdə də məlum əfv sərəncamının müsbət qarşılandığını vurğulayıb:
 
“Ölkə  Prezidentinə belə çətin və həssas dönəmdə  humanistlik nümayiş etdirərək məhkum olunmuş şəxsləri əfv etdiyinə görə təşəkkür edir,  bu xeyirxah addımın hər birimizi  sevindirdiyini, ölkədə ictimai barışı, həmrəyliyi daha da möhkəmləndirəcəyini qeyd etmək  istəyirik. Bu əfv sərəncamının Azərbaycanın bütün vətəndaşları arasında rəğbətlə qarşılandığını bildirir və xalqımızın hər  zaman ölkə Prezidentinin bu kimi humanist və fədakar addımlarını unutmayacağını bildiririk!”








Redaktorun seçimi