"Biz öyrənmişik, son saniyədə çıxış qapısını həkimdə axtarmağı"

Hit: 726
"Biz öyrənmişik, son saniyədə çıxış qapısını həkimdə axtarmağı"
Bugün (7aprel) Ümumdünya Sağlamlıq günü kimi qeyd olunur.
 
"Sağlam bədəndə sağlam can" devizi insan üçün önəmlidir. Çünki, iqtisadiyyatın qloballaşdığı, ailə modelinin dəyişdiyi, texnologiyanın sürətlə inkişaf etdiyi XXI əsrdə əhalinin sağlamlıq məsələsi ən əhəmiyyətli mövzudur.
 
Bon Luis Pol'un " Kim sağlamdırsa, o gəncdir" və yaxud Artur Şopenhauer'in " Sağlam dilənçi olmaq, xəstə varlı olmaqdan yaxşıdır" sözləri sağlamlığa həsr olunmuş ən gözəl sözlərdəndir.
Biz öyrənmişik, son saniyədə çıxış qapısını həkimdə axtarmağı. Lakin öz sağlamlığının vaxtilə dəyərini bilsən, belə sağlıqla bağlı problem yaşamarsan.
Yaşlıların da dediyi kimi, insan 100 il yaşaya bilmirsə problem onun özündədir( gerisi isə qismət)

Aslan Abbaszadə
Faktor.az portalının Baş Redaktoru








Redaktorun seçimi