TARİX NECƏ SATILIR…

Hit: 673
TARİX NECƏ SATILIR…

VƏTƏN BİZNESİ…. MƏDƏNİYYƏT ALVERİ

Təxminən 40 milyon İspan(lar) müxtəlif tarixi vilayətlərin və etnik qrupların əsasında formalaşmış vahid millət kimi tanınmışlar. Bunlardan ən əsasları aşağıdakılardır; kataloniyalılar,kastilyalılar,valensiyalılar,qalliyalılar və basklar.
“İspan xalqı tarixini satışa çıxardır” xəbəri görünür dünyanın  biznes tarixində görünməmiş bir halın, ovqatın göstəricisidir. Mən uşaq alverindən, qadın bədəninin satışına kimi xəbərlərin gətirdiyi aqressiyanın təzyiqinə bəşəriyyətin necə dözdüyünü görümüşdüm. Mən tarixdən, mifologiyalardan vətənin satışından, torpaqların satışından bəhs edən mətnlərə də rast gəlmişdim,  Sizə bəşəriyyətin gələcəyində dəyişilməz izlər qoyan  bir biznesin  önəmindən, qəddarlığından danışacam. Söhbət ondan gedir ki, bu satış, bu alver torpaqla bağlı olsa da, hansısa etnosun, ölkənin bir nəfəri arasında baş verən  olay deyil. Bu alqı - satqılar yüksək səviyyədə həll olunan tarixi gerçəklərdir. Elə bu tarixi gerçəklərin sırasına yeni bir satış nümunəsi öz sarsılmaz töhfəsini verməyindədir.” İspaniya öz mədəniyyətini satışa çıxarır”. Əgər İspaniyanın mədəniyyətini ardıcıllıqla sıralasaq qəribə bir mənzərəyə şahidlik etmiş olarsınız. Ancaq bu heç nəyi həll etmədiyi  kimi, bu sıralama da yazımızın mahiyyəti doğrultusunda heç bir geniş fon və görüntü yaradacaq hər hansı mətin olan gücün  şəhanəliyinə  sahib olmayacaq. O sarıdan belə məqamlarda yazının üzərinə düşən digər bir misssiya ayrıntılardan   boyun qaçırıb, bir növ bütövə üz tutmaqdır.  
Bütün mədəniyyətlərin kökündə torpaq və ərazi deyiləcək qutsallıq durur. Mədəniyyət hara, torpaq, yurd, vətən anlayışı hara- deyilə və sorula biləcək bir həngamənin də silləsinə düçar ola bilərsiniz. Ancaq hər şey öz yerində,  insanın dili, dini, varlığı bir ərazidə forma və məzmun alıb, tarix qazanır, mədəniyyət adlı bir etnosun  məbədgahına bağır basır. Bu mədəniyyət arı hər çiçəkdən bal  çəkən kimi  illərin, əsrlərin qram-qram, zərrə- zərrə energetikasını  şanına dartıb gətirir.  Hər nəslin zamanında, zamanın başında mədəniyyət ehramlarının açıq qapılarından girənlər və çıxanlar öz dürlü həqiqətləriylə aləmə işıq saçarlar. Bu gün dünya yer üzünün  bütün xalqlarının ortaya qoyduğu mədəniyyətlərin hesabına öz dayaq noqtəsini qazanıb. Heç bir mədəniyyət nə artıqdır nə də əskikdir. Bir zamanlar  mədəniyyətlərin çatışması, qarşıdurması anlayışını ortaya atanlar oyunbaz, kurnaz olduqları qədər də,  abtal və gerizəkalı məxluq adını daşıyanlar sayılırdı. Əslində  mədəniyyətlərin çatışması, qarşıdurması gətirib mədəniyyətlərin  satışına ( bu gün biz bunu İspaniyanın fonunda, simasında görürük) çıxardı. Mədəniyyətlərdən qazanılacaq, əldə olunacaq biznes və gəlir mənbələri görünür mədəniyyətlərin ilk olaraq çatışması hesabına işə düşərək, sonar da mədəniyyətlərin satışıyla sonuclanacaq. Bu anlamda mədəniyyət biznesi, mədəniyyət iqtisadiyyatı tarixin nöbəti mərhələsəində dayaq nöqtəsinə çevrilir.Bu anlamda mədəniyyətin satışı dedikdə mən də torpaq və yurd anlamını qəbul edirəm. Mən hər hansı bir mədəniyyətin forma və milliliyinin bəlli bir ərazidə, bəlli bir coğrafiyada cicəklənəcəyinə inananlardanam. Ona görə də bu mədəniyyət faktorunun təməlsəl sipdomlarını  torpaq, yurd, vətən qavramlarında görürəm. Belə çıxır ki, İspaniya vətənini, tarixi yurdunu satışa çıxarır? Bəlkə  inanmırsınız? 
Bu gün İspaniya bu alqı - satqı əxlaqını dövlət səviyyəsinidə, bu ölkənin idarə edən rəsmilərin əliylə satışa çıxarmaq fikrindədir. Bunu edərkən əslində bir etibarı itirməmək, bu mədəniyyətin satışından əldə elədikləri gəlirlə xalqının az da olsa güzəranını yaxşılaşdırmağını düşünür. 
Bəs necə düşünürsünü, neft Azərbaycan xalqının mədəniyyətidir ya yox? Kim bu suala cavab verə bilər. Neft strteji məsuldur. Mədəniyyət,  məsələn dil, yazı bəşəriyyətin, svilizasiyanın mənəvi məhsuludur. Demək ki, enerji maddəyə, maddə də enerjiyə çevrildiyi kimi, mənəviyyat strategiyaya,  strategiya da mənəviyyata yeri və məqamı gələndə belə çevrilməyə başlayır. 
Bu gün İspanların yox ey, hər hansı bir xalqın öz mədəniyyətini satışa çıxarmaq istəyi, buna cəhdi, bu yöndə real atdığı addımlar bəşəriyyətin gələcək bədbəxtliklərindən xəbər verir. Elə başa düşün ki, qarşısı alınmaz, çarəsi tapılmayan  yeni bir virus yayılmağa başlayır.  Bir ölkədə salqın xəstəliyinə səbəb yaradacaq fəlakətlər sərgiləyir. Bu salqın xəstəlik bir gün sərhəddi- səddi aşıb geniş bir ərazidə öz yenilməz fəlakət bayrağını dalğalandırmaqla məşğul olacaq`. 
Burda göz ardı edə bilməyəcəyimiz başqa bir maraqlı faktorlar da meydan sulamağındadır. Bu və bu yönümlü faktorlar  sadəcə hər zaman pərdə arxası funksionallığını əsirgəmir. Deyək ki, İspanlar özlərinin bizdəki ağırlıqda Dədə Qorqut dastanını, Koroğlu dastanını, qədim əlyazmalarını, əlifbalarını, yaxut Qız Qalalarını, muğamını, tarını, qavalını, sazını  satır. O sazla birgə lap deyək  Osmani, Baş Saritel, Yaniq Kərəmi kimi saz havalarımız və havacatlarımız da satışa çıxarıldı. Elmlər Akademiyasını, Axundov kitabxanasını, muzeylərimizi deyək satışa çıxardıq. Bu biznesdə alqı rolunda isə deyək yaponlar, almanlar, yunanlar deyil, ermənilər, farslar yaxından iştrak edib, qızıldan, gümüşdən basdırıb alırlar. Bir neçə ildən sonar da aldıqlarını bəzəyib-  düzəyərək tarixin bir küncünə qoymurlar, istifadə etməyə başlayırlar. Lap deyək öz adlarına  çıxaraq, öz mədəniyyətləri kimi dünyaya hər şeyi təqdim edirlər. Bəs sonra. Bu zaman Qarabağ faciəsi bu fəlakətin, milli-mədəni qiyamətin  yanında yalan olmazmı, toya getməli olmazmı? Bu yerdə  özlərinə Azərbaycan türkləri deyən bir mədəniyyətin daşıyıcıları, dönüb də özünə erməni deməzmi? Millətlər necə yoxa çıxır, assimiliyasiya olunur? İspanların mədəniyyətlərini satışa çıxarma eşqi, fəlakəti göstərdi ki, etnosların və mədəniyyətlərin assimiliyasiyasının bir forma və üslubu da bu şəkildə baş verir. 
Milli cinayətlərin, xalqa qarşı edilən xəyanətlərin kökü tarixdə dəhşətli dərəcədə oturduğu zaman, mədəniyyət adlı dev öz başını bilinməyən və görünməyən tərəfədən çıxarıb adamın üzünə tüpürür.
Min illərdir torpağın və yurdun satışı ilə bağlı aparılan bazarlıqlarda dəhşət saçan miflər əjdahalar kimi dərin yuxularına dalırlar. O əjdəhaların qəzəbində həmişə xəyanətə və satqınçılığa, mənfəətpərəstliyə qarşı bir kin, nifrət var. 
Ancaq bu gün “İspanların mədəniyyətlərini satışa çıxarmaları” xalqın gələcək rifahı və güzəranı üçün olduğundan, hesab edirəm burda başqa bir işıq doğmağa başlayır. Millət, xalq, ölkə bu tarixə, zamana qədər  qazandığı nə varsa, üzərindən xətt çəkib, ondan qazanc əldə edərək, yeni bir dönəm üçün  ruhlarında qoruyub bəslədikləri, saxladıqları, birikdirdikləri “ehtiyatda tutduqları etnos enerjilərini” yenidən kosmosa ixrac edəcək, yeni bir reaksiyada yeni bir mədəniyyətin yapılanmasına  fürsət qazanacaqlar.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi