Monosentrik, Polisentrik yoxsa Kosmopolitizm dünya sistemi - SON yoxsa SOS

Hit: 1539
Monosentrik, Polisentrik yoxsa Kosmopolitizm dünya sistemi - SON yoxsa SOS
Monosentrik - təkmərkəzli;
Polisentrik - çoxmərkəzli;
Kosmopolitizm - dünyəvi insan.
 
Dünyanın bugünkü mənzərəsi “qeyri-standart düşüncəyə malik rəssamın fərqli rəsmləri”ni xatırladır.
Şahidliyimiz ilə qloballaşmanın hərəkətverici amilləri dəyişir və yeni kombinasiyalar qurulur.
Planet - “vahid ailə” söz birləşməsində “palitra”, rəngarənglik” kimi sezilirsə, “kürə”səlləşmək inteqrasiyasızlıq kimi anlaşılır.
Qloballaşma isə elə prosesləri irəli sürür ki, milli dövlətlər və onla­rın suverenliyi, transmilli aktların toruna çulğalaşır və onların hökm vermək imkanlarına oriyentasiya və identikliyi ilə razılaşmalı olur.
Artıq ya­ran­­mış qloballığı aradan qaldırmaq qeyri–mümkündür.
“Www - ümumdünya hörümçək toru" öz şəklini alıb.
Əfsus ki, dünyada hansısa qlobal taleyüklü hadisə baş verməlidir ki, bəşəriyyət özünə gəlsin və birgə adekvat reaksiya versin!
 
COVID-19 koronovirusu isbat etdi ki, kainatın spektrı - görüntüsü, ruhu tək-tək insanlar, ayrı-ayrı dövlətlər üçün deyil, bütövlükdə bəşəriyyətə hesablanıbdır.
Bu təbiətin və cəmiyyətin sintezi yaradılışa tabedir.
Bununla, Heydər Əliyev Mərkəzinin atdığı addımlar təqdirəlayiqdir.
Yaxşı olar ki, öz vətəndaşlarımız ilə yanaşı, hazırda ölkəmizdə olan əcnəbilərdə diqqət mərkəzində saxlanılsın.
1. Diplomatik korpuslar, nümayəndəliklər və xarici şirkətlər KİV-ə əhatələnsin və ümumi qayğıdan bəhrələnsin.
2. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki soydaşlarımıza göstərdiyi münasibəti, daxildə olan müxtəlif xalqların icmalarına da nümayiş etdirsin və “Biz birlikdə güclüyük!” şüarını beynəlmiləlləşdirsin;
3. Dövlət Miqrasiya Xidməti “Evdə qal!” xitabı ilə video-çarx (ingilis-rus dillərində) paylaşsın və efir məkanında miqrantların maarifləndirilməsi həyata keçirilsin.
Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlıların məskunlaşdığı ölkələrin cəmiyyətlərinin bir üzvü kimi müvafiq tədbirlərə sövq edilməsi milli məqsəd xarakterlidir və bu gələcək həmin cəmiyyətdə perspektiv imkanların qazanılması üçün müvəffəqiyyət əldə edilməsinə töhfə verə bilər.
Fors-major hala - Status-kvoya uyğun olaraq.
 
Dünyaca məşhur azərbaycanlı filosof Eynəlqüzat Miyanəçinin bir neçə yüz il əvvəf fikirləri bu gün daha da aktualdır.
“Bəşəriyyət vahid bədəndir və əgər onun bircə hissəsi xəstələnərsə, bütün bədən əziyyət çəkəcəkdir" və ya
"Ey dost, əgər İsaya xristianların gözü ilə baxsan, xaçpərəst olarsan, Musaya yəhudilərin gözü ilə baxsan, yəhudi olarsan, bəlkə də bütə bütpərəstlərin gözü ilə baxsan, bütpərəst olarsan".
 
Əks təqdirdə, Yeni Dünya Nizamının yaradıcısı və ən yeni nizamın aktoru ABŞ-da, Nyu-Yorkda yerləşən BMT-nin inzibati binasının fasadında tanınmış fars şairi Sədi Şirazinin həkk edilmiş sözü qüvvəsində qalacaqdır: Bir-biri ilə qovuşmuş Adəm övladları bir bədənin əzalarıdır. Çünki onlar bir mahiyyətdən yaradılmışdır. Əgər tale bu əzalardan birini zədələyərsə, onda başqa əzaların da rahatlığı olmayacaqdır”.
 
Bütün bunların fövqündə bu sindromla birgə-bərabər mübarizə aparmasaq, bütünlükdə yer üzünü xilas edə bilməsək gərək onda özümüzü dünyadan təcrid edək.
Bir sözlə, “dünya içində özümüzə dünya quraq və yaşayaq”.
Gəl indi bu qanunauyğunluqla yaşaya bilirsənsə yaşa. Mümkün deyil.
Yeri gəlmişkən, müstəsna vəziyyətdən ancaq müstəsna tədbirlərlə çıxmaq mümkündür.
Dünyamız naminə birləşək.
 
Çağdaş azərbaycanlı filosof Əbu Turxanın yanaşması məhz bu günün çağırışı ilə səsləşir:
“Ayrı-ayrı adamlara “evinə get” demək yetərli deyil, bəşəriyyətə də “özünə gəl” deyilməlidir”.
Ələlxüsus, milli və bəşəri həmrəylik mövcud vəziyyətdə çıxmağımız üçün yeni çıxış yolumuzdur.
 
Unutmayaq, Qərbdə indi pandemiyadan ən çox əziyyət çəkən dövlətlərdən olan Fransanın dahilərindən biri Viktor Hüqo haqlı olaraq qənaətimizi belə ifadə edib: “Milli olmadan bəşəri olmaq mümkün deyil”.
 
Bir səmanın aydınlığına, bir günəşin istisinə müştağıq.
Yalnız, səma altında, günəş işığında dalğalanan müxtəlif çalarlı və fərqli baxışlı bayraqlarımızdır.
Gəlin, Yeni yolda birgə-bərabər yüyürməyimiz üçün #Evdə qalaq!
 
Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru

 









Redaktorun seçimi