Koronavirusa yoluxanların sayı 640-ı ötdü - Azərbaycanda

Hit: 948
Koronavirusa yoluxanların sayı 640-ı ötdü - Azərbaycanda
Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.
 
Bu barədə Faktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
 
Qeyd olunub ki, ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 
 
Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.








Redaktorun seçimi